Yanvarın 27-də Rusiyaya qarşı sanksiyaların uzadılması müzakirə ediləcək

16:23 - 23 Yanvar 2025 - DÜNYA

 Aİ xarici işlər nazirləri yanvarın 27-də Brüsseldə keçiriləcək görüşdə Rusiyaya qarşı sanksiyaların uzadılmasını müzakirə edəcəklər.

Ucnoqta.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının nümayəndəsi Ariana Podesta Brüsseldə keçirdiyi brifinqdə bildirib.

"Müzakirə davam edir. Nazirlər bu məsələni bazar ertəsi müzakirə edəcəklər", - o, ukraynalı jurnalistlərin Rusiyaya qarşı sanksiyaların uzadılıb-uzadılmayacağı ilə bağlı sualını cavablandırarkən deyib.

Yanvarın 27-də Brüsseldə Aİ Şurasının xarici işlər nazirləri səviyyəsində planlaşdırılan aylıq iclası keçiriləcək.

Xəbər xətti