Ukrayna prezidenti Volodimir Zelenski ABŞ prezidenti Donald Trampın Ukraynanın təhlükəsizliyinə zəmanət verməsi şərti ilə Rusiya prezidenti Vladimir Putinlə danışıqların mümkünlüyünə işarə verib.
Ucnoqta.az xəbər verir ki, elenski Bloomberg-ə müsahibəsində deyib: "Bunu daha da yaxınlaşdırmaq üçün hər şeyi edəcəyəm. Əgər prezident Tramp, inanıram ki, Ukrayna üçün bizə güclü və dönməz təhlükəsizliyi təmin edə bilsə, o zaman biz diplomatik yolla gedəcəyik. Mən başa düşürəm ki, Rusiyasız müharibəni diplomatik yolla bitirmək mümkün deyil”.