Ermənistan Rusiyaya KTMT-dən çıxmaq niyyəti barədə məlumat verməyib
Ucnoqta.az xəbər verir ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov brifinqdə bildirib.
“KTMT müstəqil, yetkin, öz effektivliyini və aktuallığını sübut edən yetkin təşkilatdır. Orada iş davam edir. İndiyədək Ermənistan bu təşkilatdan çıxmaq niyyətini bəyan etməyib”, - Peskov qeyd edib.
Onun sözlərinə görə, Rusiya prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan son telefon danışığında Ermənistanın KTMT-də iştirakının dondurulmaması məsələsini müzakirə etməyiblər.