Kreml Trampın Rusiyaya qarşı yeni sanksiyalar təhdidində yeni heç nə görmür - Peskov

14:16 - 23 Yanvar 2025 - DÜNYA

Kreml ABŞ prezidenti Donald Trampın Ukrayna ilə bağlı razılıq əldə olunmayacağı təqdirdə sanksiyalar tətbiq etməklə hədələməsində yeni heç nə görmür.

Ucnoqta.az xəbər verir ki, bu barədə jurnalistlərə prezidentin mətbuat katibi Dmitri Peskov məlumat verib.

“Biz burada xüsusi yeni elementlər görmürük. Bilirsiniz ki, Tramp prezidentliyinin ilk iterasiyasında ən çox sanksiya metodlarına əl atan Amerika prezidenti olub", - Kremlin sözçüsü Amerika liderinin Ukrayna ilə bağlı sazişin bağlanması ilə bağlı açıqlamalarını şərh edib.

Tramp daha əvvəl demişdi ki, onun administrasiyası Ukraynadakı münaqişə tezliklə həll olunmazsa, Rusiya ixracatına yeni tariflər və sanksiyalar tətbiq etmək niyyətindədir.

Xəbər xətti