Asiya İnkişaf Bankı Ermənistana 45,3 milyon avro verəcək

12:09 - 23 Yanvar 2025 - DÜNYA

Asiya İnkişaf Bankı (AİB) səhiyyənin keyfiyyətinin yaxşılaşdırılması üçün Ermənistana 45,3 milyon avro verəcək.

Ucnoqta.az erməni mətbuatına istinadən xəbər verir ki, Ermənistan hökuməti kreditin imzalanmasını təsdiqləyib. Vəsait aşağıdakı məqsədlər üçün istifadə olunacaq:
 səhiyyə müəssisələrinin tikintisi və təkmilləşdirilməsi; səhiyyə xidmətlərinin keyfiyyətinin qiymətləndirilməsi və hesabatlılığının rəqəmsallaşdırılması və institusionallaşdırılması;
tibb müəssisələrinin lisenziyalaşdırılması;
səhiyyə sektorunda insan kapitalının inkişafı; pilot teletibb proqramının həyata keçirilməsi;
elektron səhiyyə vasitələrindən istifadənin təkmilləşdirilməsi.

Xəbər xətti