Taylandda eynicinslilərin nikahını qanuniləşdirən qanun qüvvəyə minib və bu, Cənub-Şərqi Asiyada belə birliklərin mümkünlüyünü tanıyan ilk ölkə olub.
Ucnoqta.az xarici mətbuata istinadən xəbər verir ki, qanunvericiliyə dəyişiklik edən müvafiq kral fərmanı 2024-cü ilin sentyabrında dərc edilib və rəsmi olaraq yanvarın 23-də qüvvəyə minib.
Bu qanun mülki məcəllənin həm nikah, həm də boşanma, habelə ər-arvadın ümumi əmlakına sahiblik və sərəncam vermə məsələlərini tənzimləyən maddələri ilə bağlı bir sıra dəyişiklikləri nəzərdə tutur.
Dəyişikliklər nəticəsində qüvvədə olan normativ xarakterli aktın mətnindəki “kişi” və “qadın” sözləri “bir tərəf” və “digər tərəf” kimi düzəldilib.