Putin İqor Krasnovu yenidən baş prokuror təyin edib
Ucnoqta.az xəbər verir ki, bununla bağlı Rusiya prezidenti Vladimir Putin fərman imzalayıb. Fərmanla İqor Krasnov yenidən Rusiya Federasiyasının Baş prokuroru təyin edilib.
Krasnov 1997-ci ildən prokurorluq orqanlarında işləyib.
2006-cı ildən 2007-ci ilə qədər - Rusiya Federasiyası Baş Prokurorluğunun mərkəzi aparatının müstəntiqi.
2007-ci ildə Rusiya Federasiyasının İstintaq Komitəsində işə başlayıb. O, Rusiya Federasiyası İstintaq Komitəsinin sədri yanında xüsusilə mühüm işlər üzrə böyük müstəntiq olub.
2016-cı ilin aprelində o, Rusiya Federasiyası İstintaq Komitəsinin sədr müavini təyin edilib.
2020-ci il yanvarın 22-də Rusiya Federasiyasının Prezidenti V.Putinin təqdimatı əsasında Federasiya Şurası tərəfindən Rusiya Federasiyasının Baş prokuroru vəzifəsinə təsdiq edilib.