Türkiyənin Ali Məhkəməsi 2017-ci ildə İstanbulda "Reina" gecə klubunda 39 nəfərin ölümünə səbəb olan hücumda təqsirləndirilən Əbdülqadir Maşaripova 2020-ci ildə çıxarılan 40 ömürlük həbs cəzasını qüvvədə saxlayıb.
Ucnoqta.az xarici mətbuata istinadən xəbər verir ki, məhkəmə məhkumun vəsatətlərinə baxıb və hökmlərin qanuna zidd olmadığı barədə qərar verib.
Maşaripov 39 nəfəri qəsdən öldürməkdə və 79 nəfəri öldürməyə cəhddə təqsirli bilinib.
2020-ci ilin sentyabrında məhkəmə onu ağırlaşdırıcı hallarla 40 dəfə ömürlük və hər bir maddə üzrə 1368 il həbs cəzasına məhkum edib.
Ali Məhkəmə kluba hücum işində iştirak edən və müxtəlif cəzalar alan daha 31 məhkumun vəsatətlərinə də baxıb.
Onlara verilən hökmlər də dəyişməz qalıb.
2017-ci il yanvarın 1-nə keçən gecə İstanbulun Ortaköy rayonunda “Reina” gecə klubunda törədilən terror aktı nəticəsində 16-sı əcnəbi olmaqla 39 nəfər həlak olub.