Gürcüstanın keçmiş prezidenti Salome Zurabişvili gələcəkdə öz partiyasına rəhbərlik edə biləcəyini istisna etməyib.
Ucnoqta.az xəbər verir ki, o, bu barədə Vaşinqtonda Atlantik Şuraya müsahibəsində bildirib.
“Öz partiyama gəldikdə, mən bu gün məndə olan rolda daha faydalı olduğumu düşünürəm, çünki bu rolu yerinə yetirəcək başqa heç kim yoxdur. Bir siyasi partiyanın başqa bir lideri olsam, ölkənin səsi olmağa davam edə biləcəyimi düşünmürəm. Əgər nə vaxtsa bu tələb olunarsa, onda mən...”, - Zurabişvili sözünü tamamlamadan bildirib.
Moderatorun öz partiyasını yaratmaq imkanını istisna edib-etməməsi ilə bağlı aydınlaşdırıcı sualına Zurabişvili belə cavab verib: “Artıq heç nəyi istisna etmirəm”.