Brent markalı neftin qiyməti 79 dollardan aşağı düşüb

15:05 - 21 Yanvar 2025 - Xəbər

Londonun ICE birjasında 2025-ci ilin martında çatdırılacaq Brent markalı neftin fyuçerslərinin qiyməti 2025-ci il yanvarın 10-dan bəri ilk dəfə bir barel üçün 79 dollardan aşağı düşüb.

Ucnoqta.az xəbər verir ki, birja məlumatlarına əsasən, Brent markalı neftin qiyməti 1,5% ucuzlaşaraq bir barel üçün 78,95 dollar olub.

Eyni zamanda, 2025-ci ilin martında çatdırılacaq WTI markalı xam neftin fyuçersləri 2,36% azalaraq bir barel üçün 75,56 dollar olub.

Xəbər xətti