ABŞ prezidenti Donald Tramp Ağ Evdəki ilk günündə bir neçə onlarla sənəd imzalayıb və buna 47 dəqiqə 5 saniyə sərf edib.
Ucnoqta.az xarici mətbuata istinadən xəbər verir ki, Ağ Evin Oval kabinetində jurnalistlərin iştirakı ilə sənədlərin imzalanması kortəbii mətbuat konfransına çevrilib: prezident sərəncamlar imzalayıb və eyni zamanda mətbuatın suallarını cavablandırdı. Tramp həmçinin qeyd edib ki, sələfi Co Bayden heç vaxt belə bir şey etməyib.