Bakının Nizami rayonunda suyun verilməsində fasilə yaranacaq.
Ucnoqta.az xəbər verir ki, bu barədə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti məlumat yayıb.
"Su xəttində aparılacaq kompleks təmir işləri ilə bağllı 21-23 yanvar tarixlərində Nizami rayon ərazisinə suyun verilməsində fasilə yaranacaq", məlumatda deyilir.