Gürcüstanın baş naziri İrakli Kobaxidze ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın andiçmə mərasimindən sonra ölkənin ABŞ-la münasibətləri bərpa etməyə hazır olduğunu bildirib.
Ucnoqta.az xəbər verir ki, Kobaxidze hökumətin iclasında deyib. "Biz münasibətləri əhəmiyyətli dərəcədə bərpa etməyə, ABŞ-la strateji münasibətləri sıfırdan yeniləməyə hazır olduğumuzu və istəyimizi bir daha təsdiqləyə bilərik. Ümid edirik ki, bu istiqamətdə mühüm uğurlar əldə edəcəyik" - Kobaxidze bildirib.
Kobaxidze həmçinin qeyd edib ki, son dörd il bütün dünyada çətin olub və Gürcüstanda dörd inqilab cəhdi olub.
Baş nazir ümid etdiyini bildirib ki, qarşıdakı dörd il Trampın hakimiyyəti dövründə xeyli sakit keçəcək və onun fikrincə, bu, Gürcüstana da müsbət təsir göstərəcək.