Çində avtomobili izdihamın üzərinə sürən sürücü edam edilib

11:01 - 20 Yanvar 2025 - DÜNYA

Bazar ertəsi Çinin cənubundakı Quandun əyalətinin Çjuhai Aralıq Məhkəməsi avtomobili qəsdən piyada izdihamının üzərinə sürən Fan Weiqiu adlı sürücü haqqında ölüm hökmü çıxarıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.

Qeyd edilir ki, edam ÇXR Prokurorluğunun əməkdaşlarının iştirakı ilə həyata keçirilib. Prosedurların qanunvericiliyə uyğun həyata keçirilməsini təmin ediblər.

Fan Veyqiu haqqında hökm dekabrın 27-də çıxarılıb. Məhkəmə müttəhimin "ictimai təhlükəsizliyə təhdid yaratdığı" qənaətinə gəlib.
Onun əməli son dərəcə alçaq və qəddar hesab edilib.

Çjuhayda qəza noyabrın 11-i axşam saatlarında baş verib. Hadisə nəticəsində 35 nəfərin ölüb, 43 nəfər isə ağır yaralanıb.
 62 yaşlı sürücü hadisə yerindən qaçmağa cəhd etsə də, polis tərəfindən saxlanılıb.

Xəbər xətti