Rusiya prezidenti Vladimir Putin və Ermənistan Baş naziri Nikol Paşinyan telefonla danışıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Ermənistan Nazirlər Kabineti məlumat yayıb. Məlumata görə, Ermənistanın baş naziri Nikol Paşinyan və Rusiya prezidenti Vladimir Putin telefonda ikitərəfli məsələləri və Avrasiya İqtisadi İttifaqının (Aİİ) gündəliyini müzakirə ediblər.
“Həmsöhbətçilər Ermənistan Respublikasının Avrasiya İqtisadi İttifaqına sədrliyinin yekunlarını, Aİİ çərçivəsində qarşıda duran tədbirləri, eləcə də Ermənistan-Rusiya münasibətlərinin ikitərəfli gündəliyindəki bir sıra məsələləri müzakirə ediblər”, - press-relizdə deyilir.