Son illər xərçənglə mübarizə aparan türkiyəli aktrisa Fatma Karanfil 72 yaşında dünyasını dəyişib.
Ucnoqta.az xəbər verir ki, bu barədə onun meneceri Əsli İslamoğlu sosial şəbəkədə məlumat verib.
Karanfil 3 fevral 1952-ci ildə Eskişehir şəhərində anadan olub. Aktrisa 1970-ci illərdə Türkiyənin ən böyük kinostudiyasında "Yeşilcam"da böyük kinoda işləməyə başlayıb.