Yüngül motorlu təyyarənin qəzaya uğraması nəticəsində 6 nəfər ölüb

11:08 - 30 İyun 2025 - DÜNYA

"Cessna 441" yüngül motorlu təyyarə Ohayo ştatının Trumbull qraflığında Hovland yaxınlığında qəzaya uğrayıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə iyunun 30-da yerli hakimiyyət orqanlarına istinadən Fox 8 telekanalı məlumat yayıb.

Təyyarə bazar günü səhər qəzaya uğrayıb. İki ekipaj üzvü və dörd sərnişin də daxil olmaqla, təyyarədə olan altı nəfərin hamısı həlak olub.

Qəzanın səbəbi hələlik məlum deyil. Milli Nəqliyyat Təhlükəsizliyi Şurası (NTSB) və ABŞ Federal Aviasiya Administrasiyası (FAA) araşdırma aparır.

Xəbər xətti