Kolumbiyada torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 23-ə çatıb

08:43 - 29 İyun 2025 - DÜNYA

Kolumbiyanın qərbində yerləşən Bello bələdiyyəsində baş verən torpaq sürüşməsi nəticəsində azı 23 nəfər həlak olub.

Ucnoqta.az xəbər verir ki, bu barədə bələdiyyə rəhbərliyi məlumat yayıb.
Səlahiyyətlilərin məlumatına görə, təbii fəlakət nəticəsində ümumilikdə 1948 nəfər xəsarət alıb. Dağıntılar altından 23 nəfər xilas edilib. Daha 13 nəfər hələ də itkin sayılır.

İyunun 24-də Bello şəhərinin Qranizal qəsəbəsində sürüşmə baş verib. İlk gündə 10 nəfərin öldüyü bildirilirdi. Sürüşməyə rayonda bir neçə gündür davam edən leysan yağışları səbəb olub.

Xəbər xətti