Partlayış zamanı xəsarət alan olmayıb - DİN

00:04 - 27 İyun 2025 - Xəbər

Paytaxtın Yasamal rayonunda yerləşən C.Cabbarlı adına kinostudiyanın pirotexniki vasitələr saxlanılan anbarında partlayışla əlaqədar polis əməkdaşları əraziyə cəlb olunub.

DİN-in Mətbuat Xidmətindən Ucnoqta.az-a bildirilib ki, hazırda təhlükəsizlik tədbirləri görülür.

İlkin məlumata görə, vətəndaşlardan xəsarət alan yoxdur, ərazi tam nəzarətə götürülməklə xidmət təşkil olunub.

Yanğının söndürülməsi istiqamətində tədbirlər görülür.

Xəbər xətti