Sabirabadda ağır qəza - üç nəfər ölüb

08:53 - 26 İyun 2025 - ÖLKƏ İÇİ

Sabirabad rayonu ərazisində baş verən ağır yol qəzasında üç nəfər ölüb.

Ucnoqta.az xəbər verir ki, hərəkətdə olan yük maşını “QAZ-2410” markalı avtomobillə toqquşub.

Qəza nəticəsində Sabirabad rayonunun Nizami kəndinin sakinləri 2000-ci il təvəllüdlü Hümbətov Fərid Amil oğlu, 2001-ci il təvəllüdlü Məmmədli Cəmil Vüqar oğlu və 2010-cu il təvəllüdlü Məmmədli Nihad Mahir oğlu ölüblər.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti