Şahzadə Diananın paltarı 520 min dollara satılıb

08:00 - 27 İyun 2025 - MARAQLI

Uels şahzadəsi Dianaya (1961-1997) məxsus çiçək naxışlı ipək paltar cümə axşamı hərracda 520 min dollara satılıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə "Julien's Auctions" hərrac evi məlumat yayıb.

Şahzadənin bu paltarı "qayğıkeş paltar" kimi tanınır, çünki o, tez-tez xəstəxanaya səfərləri zamanı geyinirdi. Lotun başlanğıc qiyməti 50.000 dollar olub.

Ümumilikdə Diana və Britaniya kral ailəsinin digər üzvlərinə aid 300-dən çox əşya hərraca çıxarılıb.
Onların arasında Fransanın keçmiş birinci xanımı Bernadette Şirakın şahzadəyə hədiyyə etdiyi Dior çantası (başlanğıc qiyməti 5000 dollar olmaqla 325 min dollara satılır), Diananın bal ayı zamanı geyindiyi şaftalı rəngli papaq (başlanğıc qiyməti 5 min dollar olmaqla 26 min dollara satılır), ayaqqabılar və imzalı paltarlar var. 

Hərracın təşkilatçılarının fikrincə, satışa çıxarılan kolleksiya iddiaçılara “kral həyatının intim tərəfini görməyə, bu insanların kim olduğunu və nəyi əziz tutduqlarını başa düşməyə” imkan verməli idi. 

Xəbər xətti