Gəlinin atdığı gül buketi rəfiqəsinin gözünü çıxaracaqdı - VİDEO

10:29 - 30 İyun 2025 - HADİSƏ

Çuvaş respublikasının Çeboksar əyalətində baş tutan toyda xoşagəlməyən hadisə baş verib.

Ucnoqta.az xəbər verir ki, gəlinin atdığı gül buketini tutan qız az qala gözünü itirəcəkdi.

Belə ki, ənənəvi olaraq toyun sonunda gəlinin atdığı gülü tutmaq istəyən 25 yaşlı rəfiqəsi ön sıralarda dayanıb. Tavan alçaq olduğundan gəlin gülləri başının üstündən yox, birbaşa evlənmək istəyənlərin kütləsinin içinə atıb. Buket Viktoriyanın gözünə tuş gəlib.

Zərərçəkmiş toyu təcili yardım maşınında tərk edib və xəstəxanada ona konyunktiva zədəsi və buynuz qişasının aşınması diaqnozu qoyulub.

///shot

Xəbər xətti