Evdə, işdə, maşında... Daim əsnəyirsinizsə, diqqətli olun!

05:37 - 5 İyun 2024 - DİGƏR

Yata bilməyən və ya yuxulu hiss edən yorğun insanlarda görülən əsnəmə normal sayılsa da, davamlı əsnəmək xəstəliyin əlaməti ola bilər. 

Ucnoqta.az xəbər verir ki, prof. dr. Yavuz Səlim Yıldırım davamlı əsnəməyin səbəblərini açıqlayıb və əhəmiyyətli xəbərdarlıq edib. Davamlı əsnəməyə nə səbəb olur və hansı xəstəliyin əlamətidir...

Səhər oyandıqdan sonra və ya yatmazdan əvvəl əsnəmək normal olsa da, gün ərzində davamlı əsnəmək ciddi problemlərin əlaməti ola bilər.
Ətrafınızda əsnəyən insanları görmüsünüz. Əvvəlcə normal qəbul olunsa da, əsnəmənin davam etməsi normal sayılmır.

 “Əsnəmək qeyri-iradi bir refleksdir və parasempatik sistemin aktiv olduğunu göstərir. Rahat, stresssiz mühitlərdə bu, bədənimizin yuxudan əvvəl hazırlığının və ya yuxuya başlamasının bir əlaməti olaraq qəbul edilə bilər. Yeni oyandıqları zaman fizioloji olaraq kifayət qədər yuxu ala bilməyən insanlarda əsnəmə görülə bilər. Bu, fizioloji mərhələdən kənar bir xəstəliyin əlaməti olaraq qəbul edilə bilər. Kifayət qədər yatsa da, kifayət qədər yuxu ala bilməyən insanlarda davamlı əsnəmək yuxu pozğunluğundan əlavə, oksigenin beynə çatmasına mane olan yuxu apnesi və ürək-damar xəstəlikləri kimi xəstəliklərin bir əlamət və göstəricisidir. Bu insanlar tez bir zamanda həkimə müraciət etməli və müalicə almalıdırlar. Əsnəmə xalq arasında yoluxucu olduğu bilinsə də, təkrar-təkrar əsnəyən insanlarda psixoloji problemlərdən tutmuş ürək xəstəliklərinə qədər bir çox xəstəliyin əlaməti olaraq şərh edilə bilər” – mütəxəssis bildririr.

Normal insan yatarkən ağzını bağlı saxlayır və burnu ilə nəfəs alır. Burun tıkanıklığı olan insanlar yuxu zamanı ağızdan nəfəs almağa başlayır və boğaz nahiyəsi tənəffüs yollarını bağladığından yuxu zamanı nəfəs dayanır, yəni nəfəsin kəsilməsi nəticəsində yuxu apnesi yaranır. Yuxu zamanı nəfəs kəsildikdə, oksigen beyinə və ürəyə çatmır, infarkt riskini artırır və beyin yuxu ehtiyacını ödəyə bilmədiyi üçün davamlı yuxuya səbəb olur. Əsnəmə refleks olaraq meydana gəlməyə meyllidir. Kifayət qədər oksigen ala bilməyən və yuxu apnesi səbəbiylə kifayət qədər yata bilməyən beyin, davamlı olaraq yatmaq istədiyini göstərir. Əgər struktur problemləri yoxdursa, onlar yuxu testi ilə qiymətləndirilməli və ətraflı diaqnoz qoyulmalıdır.

Yuxu apnesi xəstələri səhərlər yorğun oyanırlar, kifayət qədər yuxu almırlar, işdə daim yatmağa meyllidirlər, diqqəti toplamaqda çətinlik, unutqanlıq və əsəbilik əlamətləri olur yol-nəqliyyat qəzaları və onlar oturduqları yerdə qəfil yuxuya gedə bilərlər.
Yuxu apnesi yuxu testi ilə müəyyən edildikdən sonra burun və boğaz nahiyəsində profilaktik əməliyyatlarla müalicə edilə bilər. Cərrahi müalicədən fayda görməyən qruplara gecə yatarkən ağız və buruna taxılan maska müalicəsi verilə bilər.

Xəbər xətti