Azərbaycanda rəqəmsallaşma səviyyəsi necədir? - Ekspert açıqladı

14:49 - 4 İyun 2024 - Cəmiyyət

Ölkəmizdə rəqəmsal hökumətin inkişaf səviyyəsinin göstəricisi hələlik aşağıdakı səviyyədədir

Ucnoqta.az xəbər verir ki, bu barədə ekspert Osman Gündüz deyib.Osman Gündüz bildirir ki, hansısa bir rəqəmsal səhiyyə xidmətləri əldə etmək istəyirkən normalda, yəni rəqəmsal hökumətin mahiyyətinə və fəlsəfəsinə görə, elə ölkəmizdə qəbul edilən rəqəmsal hökumət prinsiplərinə görə siz bir rəqəmsal resursa müraciət edərək bu xidmətləri əldə etməlisiniz:

"Lakin təəssüf ki hazırda bu belə deyil. Siz hansısa tibb xidmətini əldə etmək üçün indiki halda aşağıdakı 8 resursa daxil olub axtarış aparmalısınız:

1. sehiyye.gov.az -Səhiyyə Nazirliyinin portalı

2. e-health.gov.az -SN-nin elektron portalı

3. E-səhiyyə mobil app -SN-nin mobil tətbiqi

4. its.gov.az - İcbari Tibbi Sığorta Dövlət Agentliyinin portalı

5. e-Tabib mobil app - İTS mobil tətbiqi

6. MyGov - mobil hökumət app

7. eGov – e-gov portalı

8. tabib.gov.az -TƏBİB -in portalı"

Xəbər xətti