Xəbər verdiyimiz kimi, bu gün Bakıda imtahandan kəsilən şagirdin intiharı ilə bağlı məlumat yayılıb.
Ucnoqta.az xəbər verir ki, təhsil eksperti Elçin Əfəndiyev baş vermiş faciə ilə bağlı valideynlərə müraciət edib.
"Bu barədə dəfələrlə yazmışam, danışmışam. Yenə də deyirəm, heç bir imtahan nəticəsi övladınızdan önəmli deyil. Qazanılan hansısa bal balanızdan artıq deyil. Yanlarında olun, dəstək olun onlara. İnsanlar var onminlər xərcləyir ki, övlada sahib olsun, siz isə övladınızı xərcləyirsiniz ki, imtahan nəticəsinə sahib olsun! Övladınız qədər dəyərli əlinizdə heç nəyin olmadığını anlayın artıq!"