Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində Silahlı Qüvvələrdə qüsursuz xidmət etmiş hərbi qulluqçulara yeni mənzillər təqdim edilib.
Ucnoqta.az xəbər verir ki, təqdimatda Müdafiə Nazirliyinin Hüquq idarəsinin rəisi, Daimi Mənzillərin Verilməsi Komissiyasının sədri polkovnik Elçin Əliyev, Mətbuat xidmətinin rəisi polkovnik Anar Eyvazov və digər vəzifəli şəxslər iştirak ediblər.
"Hərbi qulluqçulara dövlət hesabına daimi mənzillər verilir. Ötən il hərbçilərə 473 mənzil verilib. Həmin mənzillər püşkatma yolu ilə hərbi qulluqçuların arasında bölünüb. Bu il tam sənədləşdirilərək Prezident İlham Əliyevin tapşırığı ilə Novruz bayramı ərəfəsində həmin mənzillərin açarları təqdim olunur. Azərbaycan Ordusunun rəhbərliyi və şəxsi heyətinin adından dövlətimizin başçına minnətdarlığımızı bildiririk. Onun qayğısını həmişə hiss ediri", - polkovnik Elçin Əliyev deyib.
E.Əliyev bildirib ki, Prezident İlham Əliyevin 2011-ci ildə imzaladığı Azərbaycan Ordusunun şəxsi heyətinin sosial rifahının yaxşılaşdırılmasına dair Fərman əsasında orduda 20 il xidmət etmiş hərbi qulluqçulara daimi mənzillər verilir:
"Keçən il püşkatma yolu ilə 473 mənzil püşkatma yolu ilə verilib. Bu il həmin mənzillər rəsmiləşdirilərək Novruz bayramı ərəfəsində təqdim edilir. ordunun şəxsi heyəti adından prezident İlham Əliyevə minnətdarlığımızı bildiririk".
Qeyd edək ki, mərasimdə 160-dan çox şəxsə mənzillərin sənədləri təqdim olunub.