Vilayət Eyvazov iki rayona rəis TƏYİN ETDİ

15:48 - 14 Mart 2024 - Xəbər

Neftçala və Oğuza yeni polis rəisləri təyin edilib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmrlər imzalayıb.
Əmrlərə əsasən, Sabunçu RPİ-nin 42-ci Polis Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Emil Cavadov Neftçala Rayon Polis Şöbəsinin rəisi, Nəsimi RPİ-nin əməliyyat işi üzrə rəis müavini, polis polkovnik-leytenantı Fərid Fətəliyev Oğuz Rayon Polis Şöbəsinin rəisi vəzifəsinə təyin edilib.

Xəbər xətti