Ülvi Həsənli və Sevinc Vaqifqızının həbs müddəti uzadıldı

13:10 - 14 Mart 2024 - Xəbər

“Abzas media”nın direktoru Ülvi Həsənlinin həbs müddəti uzadılıb. 

Yenisabah.az xəbər verir ki, qərar Bakı şəhəri Xətai Rayon Məhkəməsində qəbul olunub. 

Qərara əsasən, onun barəsində olan həbs qətimkan tədbiri daha 2 ay 29 gün uzadılıb. 

Sevinc Abbasova (Vaqifqızı) barəsində də həbs qətimkan tədbirinin müddəti 2 ay 29 gün uzadılıb.

Qeyd edək ki, ötən il noyabrın 21-də “Abzas Media”nın direktoru Ülvi Həsənli və baş redaktoru Sevinc Vaqifqızı, noyabrın 23-də isə direktor müavini Məhəmməd Kekalov, dekabrın 1-də isə saytının əməkdaşı Nərgiz Absalamova, dekabrın 13-də jurnalist Hafiz Babalı və yanvarın 13-də saytın əməkdaşı Elnarə Qasımova barəsində qrup halında qaçaqmalçılıq ittihamı ilə həbs qətimkan tədbiri seçilib. 

Onlar barəsində Cinayət Məcəlləsinin 206.3.2-ci (qrup halında qaçaqmalçılıq) maddəsi ilə ittiham irəli sürülüb və barələrində həbs qətimkan qərarı verilib. 

Xəbər xətti