Qanuni oğru Şakro Molodoy azadlığa buraxılıb

16:54 - 13 Mart 2024 - Xəbər

Krasnodar vilayətinin Ust-Labinsk məhkəməsi əvvəllər hədə-qorxu ilə pul tələb etməkdə təqsirli bilinən, Şakro Molodoy kimi tanınan kriminal avtoritet Zaxari Kalaşovu şərti azadlığa buraxıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə TASS-a məhkəmənin mətbuat xidmətindən məlumat verilib.

"Məhkəmə Kalaşov Z.K.-nın şərti azadlığa buraxılması barədə vəsatətini təmin edib. Bu vəsatət üzrə məhkəmə iclası bu gün bağlı qapılar arxasında keçirilib", - mətbuat xidmətindən bildiriblər. Hələlik qərardan proses tərəflərindən heç biri tərəfindən apellyasiya şikayəti verilməyib.

Kalaşovun şərti azadlığa çıxmaq üçün müraciət edəcəyi barədə məlumat 2023-cü ilin fevralında Telegram kanallarında yayılıb. 

Xəbər xətti