Dünyada ilk dəfə insan Alyaskapox virusundan ölüb.
Ucnoqta.az xəbər verir ki, hadisə Amerika Birləşmiş Ştatlarının Kenai yarımadasında baş verib. Ehtimala görə, infeksiya mənbəyi mərhumla birlikdə yaşayan bir pişik ola bilər.
Alyaskanın səlahiyyətliləri həkimlərin nəzarəti altında olan yaşlı kişinin uzun müddətdir xəstə olduğunu bildirirlər. Onlar onun çiçək xəstəliyinə tutulduğunu düşünürdülər, çünki bu, zəifləmiş immunitet sistemi, qırmızı ləkələr, genişlənmiş limfa düyünləri və yüksək hərarətlə ifadə olunurdu. Lakin ölümündən az sonra həkimlər onun xəstəlik tarixçəsini nəzərdən keçiriblər.
Kişinin qanında Alyaskapox kimi tanınan AKPV izləri tapılıb. Bu virus 2015-ci ildə aşkar edilib. Bu günə qədər yalnız beş nəfər xəstələnib - hamısı sağ qalıb. Viroloqların ilkin hesablamalarına görə, o, əvvəlcə iribuynuzlu heyvanlarda peyda olub, sonra otlaqlarda çuxur qazan gəmiricilərə, onlardan isə siçan tutan ev pişiklərinə keçib. Buna görə də mütəxəssislər hesab edirlər ki, təqaüdçü ev heyvanının kiçik dişləməsi nəticəsində ölə bilər.