Şimali Amerika Aerokosmik Müdafiə Komandanlığı (NORAD) fevralın 8-də Alyaska sahillərində beynəlxalq sularda iki Rusiya hərbi təyyarəsini izləyib.
Ucnoqta.az xəbər verir ki, bu barədə X səhifəsində məlumat verib.
"Şimali Amerika Aerokosmik Müdafiə Komandanlığı 8 fevral 2024-cü il tarixində Alyaska Hava Hücumundan Müdafiə Müəyyənetmə Zonasında fəaliyyət göstərən iki Rusiya hərbi təyyarəsini aşkar edib və izləyib", - NORAD-ın bəyanatında deyilir.
Komandanlıq qeyd edir ki, Rusiya təyyarəsi beynəlxalq hava məkanında qalıb və nə Amerikanın, nə də Kanadanın suveren hava məkanına daxil olmayıb.
"Rusiyanın Alyaskanın hava hücumundan müdafiə identifikasiyası zonasında fəaliyyəti müntəzəm olaraq həyata keçirilir və təhlükə kimi qəbul edilmir", - mesajda deyilir.