ABŞ-da PRR-12 nadir genetik xəstəliyi olan bir qız gözləri və optik siniri olmadan doğulub.
Ucnoqta.az xəbər verir ki, bu barədə KFVS məlumat yayıb.
Missuri ştatının Poplar Bluff şəhərindən olan ana Taylor Ice uzun müddət idi ki, hamilə qalmağa çalışırdı. Bir il sonra o, nəhayət ki, ana olub. Hamiləlik dövründə Teylor lazımi müayinələrdən keçib və həkimlər uşağının tamamilə sağlam olduğunu bildiriblər.
Tezliklə üç kiloqram ağırlığında Renli adlı bir qız dünyaya gəlib. Taylorun sözlərinə görə, o, körpənin ağladığını eşidəndə sevincdən ağlayıb. Ancaq qızlarının gözlərini açmadığını görən valideynlərin sevinci narahatlığa çevrilib.
"Pediatr körpəni müayinə edərkən qəfil dayanıb, bizə baxdı və "Qızınızın gözü yoxdur" dedi" - deyə Teylor xatırlayır.
Şoka düşən valideynlər dərhal Renlini müayinə etmək üçün başqa xəstəxanaya getdilər. Həkimlər belə qənaətə gəliblər ki, uşaq gözləri və görmə siniri olmadan doğulub və onun orqanizmi stress hormonu kortizol istehsal etmir. Uzun müddətdir ki, həkimlər anomaliyanın səbəbini müəyyən edə bilməyiblər və buna görə də təcrübəli genetik Neyt Censenə müraciət ediblər. O, qızın PRR-12 adlı genetik xəstəliklə doğulduğunu deyib.
"Bu, dünyada otuzdan az qeydə alınan inanılmaz dərəcədə nadir bir vəziyyətdir" - Jensen deyir.
Genetik qeyd edib ki, Renli xəstəliyinin övladlarına miras qalma ehtimalı 50 faizdir. O, həmçinin qızın inkişafındakı anomaliyanın təsadüfən baş verdiyini və bunun valideynlərin günahı olmadığını bildirib. Anası və atasının dediyinə görə, bütün çətinliklərə baxmayaraq, Renlinin valideynləri olduqlarına sevinirlər. Qızın xoşbəxt böyüməsi üçün hər şeyi etməyə hazırdırlar.