“E-sosial”ın 1 476 800-dən çox aktiv istifadəçisi var

16:16 - 8 Fevral 2024 - Cəmiyyət

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin geniş  funksional imkanlara malik “e-sosial” portalının aktiv istifadəçilərinin sayı artmaqda davam edərək 1 476 800-ü ötüb.

Ucnoqta.az xəbər verir ki, ötən dövrdə portaldan istifadə sayı isə 74 milyondan çox olub.

2019-cu ildə istifadəyə verilən portal ölkənin sosial reyestri olmaqla, vətəndaşlara onlar barədə toplanmış bütün sosial məlumatlara (əmək müqaviləsi, fərdi uçot, pensiya kapitalı, sosial təminat və s. üzrə) çıxış və yaranan sosial-əmək hüquqlarının təminatına nəzarət imkanı yaradır. 

Portal pensiya, müavinət, təqaüd, əlillik, reabilitasiya, məşğulluq, iş yeri və s. barədə 30-dan çox elektron arayışı rəqəmsal platforma vasitəsilə almağa imkan verir.

Beynəlxalq səviyyədə də yüksək dəyərləndirilən e-sosial.az portalı ABŞ-ın beynəlxalq onlayn “dotCOMM Awards” müsabiqəsində “Platinium” kateqoriyasında qalib seçilib. Habelə Beynəlxalq Telekommunikasiya İttifaqının “Çempion layihə” mükafatına (“Əmək və Məşğulluq” altsistemi ilə birgə) layiq görülüb. 

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı isə e-sosial.az portalını qabaqcıl innovativ təcrübələrdən biri kimi təqdim edib.

Xəbər xətti