İmişlidə kanalda batan yeniyetmənin axtarışları davam etdirilir - FHN

16:10 - 8 Fevral 2024 - Xəbər

Fövqəladə Hallar Nazirliyinin (FHN) qüvvələri İmişlidə kanalda batan yeniyetmənin axtarışını davam etdirir.

Bu barədə Ucnoqta.az-a FHN-dən məlumat verilib.

Bildirilib ki, 26 dekabr 2023-cü il tarixində İmişli rayonu, Qaragüvəndikli kəndində, Boztəpə kanalında batması ehtimal olunan 2013-cü il təvəllüdlü Xankişiyev Rasim Vasif oğlunun axtarışları davam etdirilir.

Hazırda FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin təlimatçı-kinoloqlarla birgə xüsusi təlim görmüş itlərdən ibarət qrupu və Muğan Regional Mərkəzinin qüvvələri cəlb olunmaqla uşağın itkin düşdüyü ehtimal olunan istiqamətlər üzrə axtarış-xilasetmə tədbirləri həyata keçirilir.

Əlavə məlumat veriləcək.

Xəbər xətti