Ermənistan vətəndaşları silah, hərbi müstəntiqlər isə avtomat daşımaq hüququ əldə edə bilərlər
Ucnoqta.az erməni mətbuatına istinadən xəbər verir ki, cümə axşamı Milli Assambleyanın Xarici Əlaqələr Komitəsi vətəndaşların silahdan istifadə etməklə özünümüdafiə hüququ məsələsinin qanunvericilik səviyyəsində həllini nəzərdə tutan qanun layihəsini ikinci və yekun oxunuşda təsdiqləyib.
Təqdim olunan paket əsas qoruyucu funksiyası ilə yanaşı, həm də atıcılıq idman növünün inkişaf etdirilməsi məqsədini güdür.
"Bu, bu sahədə mümkün korrupsiya təzahürlərinin aradan qaldırılmasına, qeyri-qanuni silahların sayının azaldılmasına və onların tədricən qeyri-qanuni dövriyyədən çıxarılmasına yönəlib", - qanun layihələri paketinin əsaslandırmasında deyilir