İnsanlar üçün təhlükəli və zəhərli ən böyük hörümçək tapılıb

02:14 - 11 Yanvar 2024 - MARAQLI

Ən zəhərli hörümçəyin ən böyük erkəyi Avstraliyada aşkar edilib

Atrax robustus növünə aid ən böyük hörümçək Avstraliyada tapılıb. Ucnoqta.az xəbər verir ki, bu barədə Associated Press məlumat yayıb.

Sidneyin şimalındakı sahildə 7,9 sm uzunluğundakı hörümçəyi yoldan keçən bir nəfər aşkar edərək yerli xəstəxanaya çatdırıb. Oradan Herkules ləqəbi ilə tanınan "nəhəng" Avstraliya Sürünənlər Parkına köçürülüb. 

Atrax robustus hörümçəklərinin uzunluğu bir ilə beş santimetr arasında dəyişir, dişiləri isə erkəklərdən daha böyükdür. Ginnesin Rekordlar Kitabı onları dünyanın ən zəhərli hörümçəkləri adlandırır. Atrax robustusun zəhəri insanlar üçün son dərəcə təhlükəlidir və bəzi hallarda ölümcül ola bilər.

Xəbər xətti