Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyinə sədr təyin edilib

17:57 - 27 Noyabr 2023 - Xəbər

“Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi” publik hüquqi şəxsin İdarə Heyətinin sədri təyin edilib.

Ucnoqta.az APA-ya istinadən xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini Anar İbrahimov noyabrın 27-də sərəncam imzalayıb.

Sərəncama əsasən, Bəhruz Əli oğlu Əsgərov “Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi” publik hüquqi şəxsin İdarə Heyətinin sədri təyin olunub.

Xəbər xətti