Tullantı poliqonunda yanğın: Sumqayıt qatı tüstüyə bürünüb

08:02 - 27 Noyabr 2023 - Cəmiyyət

Sumqayıtda yerləşən Məişət Tullantıları Poliqonunda gecə saatlarında başlayan yanğın davam edir.

APA xəbər verir ki, hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları və texnikası cəlb olunub.

Bildirilib ki, yanğın 7 hektar ərazini əhatə edib.

Küləkli hava şəraiti yanğını daha da genişləndirib.

Bu səbəbdən də Sumqayıtın bir çox küçə və prospektlərində qatı tüstü əmələ gəlib.

Yanğının söndürülməsi istiqamətində zəruri tədbirlər həyata keçirilir.

Hadisənin başvermə səbəbləri araşdırılır.

Xəbər xətti