"80-ci illərin sualları, ..." - Həkim sertifikasiya imtahanını SƏRT TƏNQİD ETDİ

10:14 - 25 Noyabr 2023 - Xəbər

Həkim infeksionist Vüsalə Yaşar səhiyyə sitemindəki sertifikasiya imtahanından narazı qalıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Vüsalə Yaşar sosial şəbəkə hesabında yazıb. Həkim infeksionist qeyd edib ki, bu sertifikasiya imtahanını tibb fəaliyyətim boyunca verdiyim ən mənasız imtahan hesab edirəm:

"80 ci illərin sualları, müasir infeksion praktika ilə heç bir əlaqəsi olmayan mövzular. Hər testlərə baxdıqca əsəb keçirirdim. 3 günə əzbərlədiyim mənasız söz yığınlarını 3 aya beynimdən silə bilsəm yaxşıdır.

Yəni həqiqətənmi bu sualları təkmilləşdirmək üçün bir araya gələcək kadrlarımız yoxdur? Yoxsa bu şəkildə başdan atmaqla dahamı asandır imtahan sualları tərtib etmək?

İl olub 2023 mən niyə bu gərəksiz mövzularla beynimi yormalıyam?

Əgər mənim infeksionist kimi fəaliyyət göstərməyimi, savadımı yoxlacaq imtahan varsa bir zəhmət haqqı ilə olsun!!!!

Təkmilləşmək üçün getdiyimiz o mərkəzin özündə də təkmilləşmə getməlidir!

5 il sonra ümid edirəm bu şəkildə imtahan vermək məcburiyyətində qalmayacam!!!!"


Xəbər xətti