Paşinyan Rusiya ilə uzunmüddətli münasibətlərə xəyanət edir - Deputat

17:35 - 24 Noyabr 2023 - Xəbər

Rusiya Paşinyanın İrəvanın silahlara olan borcunu azaltmaq təklifinə cavab verib

Ucnoqta.az xəbər verir ki, bu barədə Dövlət Dumasının MDB işləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr komitəsi sədrinin birinci müavini Viktor Vodolatski deyib. Deputat bildirib ki, Ermənistanın baş naziri Nikol Paşinyan Qərbə xoş gəlmək üçün xalqına, dövlətinə və Rusiya ilə uzunmüddətli münasibətlərinə xəyanət edir.

“Rusiya bütün beynəlxalq müqavilələri həmişə yerinə yetirib və yerinə yetirməkdə davam edir. Əgər Ermənistanın bizim silahları vaxtından əvvəl çatdıra bilmədiyimizlə bağlı iddiaları var idisə, bunun obyektiv səbəbləri var ki, bunlar digər məsələlərlə yanaşı, iki tərəf arasında müqavilələrdə də göstərilib”, - Vodolatski bildirib.

Xəbər xətti