Polşa ordusundakı itlərə hərbi rütbələr veriləcək

15:34 - 24 Noyabr 2023 - MARAQLI

Polşa silahlı qüvvələrinin xidməti itləri hərbi rütbələr alacaqlar.

Ucnoqta.az xəbər verir ki, bu barədə Polşa Baş Qərargahının saytında məlumat verilib.

“K-9-un (hərbi itlər xidməti) Polşa ordusunun döyüş əməliyyatlarında rolunu tanımaq üçün əsgərlər onlara hərbi rütbələrin verilməsi təklifi ilə çıxış ediblər. Polşa Ordusunun Baş Qərargahı bu təklifə müsbət cavab vermək niyyətindədir”, - məlumatda deyilir.

Bildirilir ki, iki rütbənin təqdim ediləcəyi gözlənilir: “İt sıravi” və “İt serjantı”. Xidməti itlərə hərbi rütbələr vermək hüququ həmin heyvanların təhvil verildiyi bölmələrin komandirlərinə veriləcək.

Xəbər xətti