Prokurorluq azyaşlının qızılcadan ölmə faktını araşdırır

15:36 - 23 Noyabr 2023 - Xəbər

Prokurorluq qızılca diaqnozu ilə xəstəxanaya aparılan uşağın ölümü ilə bağlı faktı araşdırır.

Bu barədə Ucnoqta.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.

Məlumata görə, faktla bağlı Kürdəmir rayon prokurorluğunda araşdırma aparılır, əlavə məlumat veriləcək

Qeyd edək ki, qızılcaya yoluxan və hərarəti düşməyən 4 yaşlı uşaq xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Xəbər xətti