Bakıda İƏT Əmək Nazirləri Konfransının Nazirlər Sessiyası keçirilir

10:26 - 23 Noyabr 2023 - Xəbər

İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin əmək nazirlərinin Bakıda keçirilən 5-ci konfransının Nazirlər Sessiyası keçirilir.

Sessiya Qurani-Kərimdən ayələrin oxunması ilə başlayıb.

Tədbirdə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, İƏT-in Baş katibi Hissein Brahim Taha, İƏT əmək nazirlərinin 4-cü konfransının sədri kimi Səudiyyə Ərəbistanı Krallığının İnsan resursları və sosial inkişaf nazirinin müavini Adnan Abdulla Al Nuaimin çıxış edəcəkləri gözlənilir.

Sonra konfransın sədri və büronun tərkibi seçiləcək.///report

Xəbər xətti