İlon Mask prototipin təqdimatından dörd il sonra "Tesla"nın "Cybertruck" elektrik pikapının Şimali Amerikada satışına başladığını açıqlayıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə o, X sosial şəbəkəsindəki səhifəsində yazıb.
İyul ayında Tesla Texasdakı zavodda "Cybertruck" elektrik yük maşınının ilk istehsal nüsxəsini yığıb.
Cybertruck ilk dəfə 2019-cu ildə Tesla tərəfindən təqdim edildi, istehsalının 2021-ci ildə təxminən 40.000 dollar dəyərində başlaması gözlənilir.