De Byazi AFFA İcraiyyə Komitəsinin fövqəladə iclasını yarımçıq TƏRK ETDİ

10:24 - 22 Noyabr 2023 - Xəbər

AFFA-nın İcraiyyə Komitəsinin (İK) fövqəladə iclası başlayıb.

Ucnoqta.az report-a istinadən xəbər verir ki, iclasın gündəliyinə Azərbaycan millisinin baş məşqçisi Canni De Byazinin hesabatı və müqavilə müddətinin artırılıb-artırılmama məsələsi daxil edilib.

Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi AFFA-nın İcraiyyə Komitəsinin fövqəladə iclasını erkən tərk edib.

 67 yaşlı mütəxəssis 10 dəqiqə toplantıda iştirak edib.

Qeyd edək ki, İK üzvlərindən Fərid Mansurov, Elxan Məmmədov, Mahir Məmmədov və Elmar Məmmədyarov toplantıda iştirak etmirlər.

 

Xəbər xətti