Messi oyundan əvvəl Braziliya millisinin futbolçusu ilə mübahisə edib

07:50 - 22 Noyabr 2023 - Xəbər

Argentina millisinin hücumçusu və kapitanı Lionel Messi Braziliya millisi ilə 2026-cı il dünya çempionatının seçmə mərhələsi matçından əvvəl isinmə məşqi zamanı rəqib futbolçu Rodriqo ilə dava edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Championship.com məlumat yayıb.

Matç Rio-de-Janeyrodakı (Braziliya) "Marakana" stadionunda yaranan iğtişaşlar səbəbindən start fiti gec səslənib. Afgentina millisi bu səbəbdən yarım saatdan sonra meydana qayıtdılar.

Məhz onun qayıdışından sonra Messi ilə Rodriqo arasında münaqişə yaranıb, oyunçular uca səslə nəsə danışdılar.

Xəbər xətti