"Əli Kərimli “qırt toyuq” kimi oturub televiziyanın qarşısında..." - Siyavuş Novruzov

11:58 - 21 Noyabr 2023 - Cəmiyyət

Azərbaycan ilə əlaqədar Amerika tərəfindən ədalətsiz qərar qəbul olunub. 

Modern.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov bildirib.

O xatırladıb ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edib.

"Bundan sonra Azərbaycanın aparacağı müharibə diplomatipa müharibəsi olacaq. Amma təəəsüf ki, Amerikanın apardığı qərəzli fikirlərə içimizdə olan məkirlilər də dəstək verir", - deputat vurğulayıb.

Siyavuş Novruzov AXCP sədri Əli Kərimlini də tənqid edib:

"Əli Kərimli “qırt toyuq” kimi oturub televiziyanın qarşısında Azərbaycana qarşı fikirlər səsləndirir. Bir dəfə olsun Azərbaycanın apardığı haqlı mübarizədən və s. danışılmayıb”.

Xəbər xətti