"Arsenal"ın baş məşqçisi Mikel Arteta "İnter Mayami"nin hücumçusu Lionel Messini futbol tarixinin ən nüfuzlu oyunçusu adlandırıb.
Ucnoqta.az xəbər verir ki, onun sözlərini Planet Football yazıb.
İspan mütəxəssis argentinalını Kriştiano Ronaldo, Dieqo Maradona, Ronaldo və Yohan Kroyffla birlikdə beş nəfərlik simvolik komandasına daxil edib.
“Messi futbol tarixinin ən nüfuzlu oyunçusudur. Biz uzun illərdir ki, heç kimin meydanda onun etdiyini görməmişik”, - Arteta deyib.