Ağ Ev ABŞ-ın enerji təhlükəsizliyi üçün Konqresdən 6 milyard dollar istəyib

11:03 - 31 Oktyabr 2023 - Xəbər

Co Baydenin administrasiyası ABŞ-ın enerji təhlükəsizliyi üçün Konqresdən 6 milyard dollar istəyib.

Ucnoqta.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.

Agentliyin məlumatına görə, Rusiya dünyada yeganə müasir reaktorlar üçün yüksək zənginləşdirilmiş yanacaq istehsalçısıdır və dünya reaktorlarının 50%-ni yanacaqla təmin edir. Eyni zamanda, onun ABŞ-a uran idxalında payı 30%-dir. Moskvadan tədarük dayansa, Vaşinqton reaktorları bağlamalı olacaq.

Müstəqil sənaye eksperti Leonid Xazanov hesab edir ki, “Rusiya ətrafında isteriyanı qızışdırarkən, Birləşmiş Ştatlar hələ də uran iynəsi üzərində oturur və ondan tullana bilmir – AES-in bağlanması yaşayış binalarını və sənaye müəssisələrini elektrik enerjisindən məhrum edəcək”.

Avropanın da Rusiya uranından asılı olduğu, lakin ABŞ-dan daha az dərəcədə asılı olduğu qeyd edilir. ABŞ-da 93 reaktor var ki, bu da ölkə enerjisinin beşdə birini istehsal edir.

Xəbər xətti