Beyinə zərərli olan gündəlik 3 VƏRDİŞ

08:16 - 31 Oktyabr 2023 - MARAQLI

Neyroloq Emili Makdonald beynin gün ərzində məhsuldar işləməsinə mane olan və erkən qocalmağa səbəb olan gündəlik üç pis vərdişi sadalayıb. 

Ucnoqta.az xəbər verir ki, neyroloq beyni dağıdan ilk vərdişi oyandıqdan dərhal sonra telefonunu yoxlamaq adlandırıb. O, qeyd edir ki, siz oyandığınız zaman beyin ümumi zehni koordinasiya, sakitlik, ayıqlıq və öyrənməyə kömək edən alfa dalğaları istehsal etməyə başlayır.

Neyroloqun sözlərinə görə, bu anda insan hər hansı bir məlumatı xüsusilə qəbul edir, ona görə də yuxudan sonra xəbərləri oxumaq və ya sosial şəbəkələrdə vərəqləmək tövsiyə edilmir.

"Bu, gün ərzində dopamin səviyyəsini aşağı salır, buna görə də biz telefonlarımızı təkrar-təkrar yoxlamağa davam edirik" – o, vurğulayıb.
Nevroloq səhər saatlarında beynin həssaslığına görə özünü tənqid etməkdən çəkinməyi, özünü başqaları ilə müqayisə etməməyi məsləhət görüb. Onun fikrincə, yuxudan oyandıqdan sonra ilk dəqiqələrdə mənfi fikirlər tez mənimsənilir və sonra gün ərzində dəfələrlə təkrarlanır, əhval-ruhiyyə və hərəkətlərə təsir göstərir.

Beyin üçün üçüncü pis vərdiş, fast food və digər yüksək işlənmiş qidaları sevməkdir.
Mütəxəssis bildirib ki, belə bir pəhriz beynin qocalmasını sürətləndirir və ümumilikdə koqnitiv qabiliyyətləri azaldır.

Xəbər xətti